Aqil Məmmədov: “Bir xala görə sevinirəm”

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Simurq”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Maraqlı oyun alındı. İlk hissədə baxımlı futbol sərgiləyə bilməsək də, ikinci hissədə vəziyyəti dəyişdik. Futbolçularım sona qədər mübarizə apardılar. Deyərdim ki, bu gün heç nə itirmədik, 1 xal qazandıq. Qazanılan xala görə sevinirəm”.

Həmin kateqoriyadan