Aqil Məmmədov: “Gərginlik var idi”

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Simurq”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Simurq” həmişə çətin rəqib olub. Bu komandaya qarşı oynamaq bizim üçün çətindir. “Sumqayıt” komandası Topaz Premyer Liqasında “Simurq” üzərində ilk qələbəsini qazandı. Biz 9 oyundur ki, qələbə əldə etmirdik. Gərginlik vardı. Odur ki, bu qələbə bizim üçün çox vacibdir. Fanatlarımızı və futbolçularımızı təbrik edirəm”.

Həmin kateqoriyadan