Aqil Məmmədov: “Neftçi” bizdən üstün oynamadı”

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Oyun barədə onu deyə bilərəm ki, öz səhvimizdən uduzduq. Məncə, “Neftçi” bizdən üstün oynamadı. Bərabərsəviyyəli oyun izlədik. Sadəcə, “Neftçi” bir səhvdən yararlanıb, qol vurdu. Orxan Əliyevin formada olmadığını demək düzgün olmaz. Sadəcə, düzgün futbol oynamır”.

Həmin kateqoriyadan