- Baxış sayı: 88
- 04 May 2026 22:56
- Baxış sayı: 168
- May 08, 2026
- 0
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər. Bu heç-heçəni qələbəmiz kimi görürəm. Futbolçulara, azarkeşlərə təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, “Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, 2 xal itirdik”.