VİDEO
Araz Abdullayev Türkiyə toplanışını dəyərləndirdi

Türkiyədə hazırlığını davam etdirən “Neftçi” PFK-nın kapitanı Araz Abdullayev klubun rəsmi saytına müsahibə verib. Allsport.az sizi həmin açıqlamalarla tanış edir:

“Toplanışımız normal səviyyədə gedir. Komandamız əsasən gənc futbolçulardan ibarətdir. Hamı çalışır ki, əsas heyətdə yer alsın, əsas heyətdə olanlar isə çalışır ki, yerini qorusun. Gündə iki dəfə intensiv məşqlər olur. Məşqlərdən hiss olunur ki, ab-hava yaxşıdır. Bu da futbolçular üçün sevindirici haldır. “Neftçi” daima yüksək yerlər uğrunda mübarizə aparır. Azarkeşlər də həmişə bizdən bunu gözləyir. Çalışacağıq ki, fanatlarımızı bu il sevindirək. Onlardan 12-ci oyunçu kimi bizə dəstək olmağı xahiş edirəm. Bütün klublara hörmətlə yanaşırıq. Çalışacağıq bütün oyunlara qələbə üçün çıxaq. İnşallah, istəyirik ilk oyunumzda qələbə qazanaq. Azarkeşlərə sözüm budur ki, komandamız gənc və istəklidi. Əlimizdən gələni edəcəyik ki, onları sevindirək”.

Həmin kateqoriyadan