Araz Abdullayevin komandası baş məşqçisiz qaldı

Kiprin “Etnikos” klubu baş məşqçisi Elias Xaralambus ilə yollarını ayırıb.

Allsport.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin də formasını geyindiyi bu kollektiv cari mövsümdə hələ də qələbə qazana bilməyib. 10 oyunda cəmi 2 heç-heçəyə nail olan “Etnikos”, 2 xalla 12 iştirakçı arasında sonuncudur. Azərbaycanlı futbolçu bu görüşlərin doqquzunda meydanda olub.

Həmin kateqoriyadan