- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 128
- May 04, 2026
- 0

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəlinin də çıxış etdiyi “Legiya” Polşa liqasında növbəti matçına çıxıb.
Allsport.az xəbər verir ki, komanda 14-cü turda evdə “Stal Mielek”lə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir 39-cu dəqiqədə sarı vərəqə alıb, 74-cü dəqiqədə isə əvəzlənib.
Bu, “Legiya” çempionatda ardıcıl 6-cı məğlubiyyəti olub.
Digərlərindən 2 oyun az keçirən “Legiya” hazırda turnir cədvəlində 9 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.