Arif Əsədov: “Bu problemlər daim olub”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Fasilədən sonra ilk oyuna çıxdıq. İlk oyunlar gərgin keçir, ağır olur. Heyətdə müəyyən problemlər vardı. 4 oyunçunun xidmətindən məhrum idim. Buna baxmayaraq, görüşə yaxşı başladıq. Lakin müdafiədə kobud səhvlər etdik. Bu problemlər daim olub. Həmin səhvləri aradan qaldırmalıyıq. Elşən Abdullayevin tez əvəzlənməsi hücumdakı təzyiqin artırılmasına hesablanmışdı. Düşünürəm ki, Elşən yaxşı oynadı. Amma oyunun gedişində hücumçuya ehtiyacımız oldu və Elşəni əvəzlədik”.

Həmin kateqoriyadan