Arif Əsədov: “Etiraf etmək lazımdır ki…”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bu oyunda bizə 3 xal çox vacib idi. İlk dəqiqələrdən oyuna yaxşı başlamışdıq. Amma sonradan təşəbbüsü “Qarabağa” verdik. İkinci hissədə dəyişiklik etdik. Çox təəssüf, son dəqiqələrdə qol buraxdıq. Etiraf etmək lazımdır ki, “Qarabağ”ın heyəti çox gözəl komplektləşib və özəl üslubları var. Biz isə bundan sonra da hər oyuna 3 xal üçün çıxıb, mübarizəni sona kimi davam etdirəcəyik”.

Həmin kateqoriyadan