Arif Əsədov: “Topa nəzarət oyunun dönüş nöqtələrindən oldu”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bilirdik ki, “Qəbələ” iki görüşdür məğlub olur. Rəqibin bu matça son şans kimi baxdığını düşünürdüm. “Qəbələ” oyuna çox yaxşı başladı. Amma sonradan komandam vəziyyəti düzgün qiymətləndirdi. Xarakter nümayiş etdirən “Neftçi” qələbə qazandı. Bu gün “Neftçi” yaxşı oyunlarından birini sərgilədi. Qarşıda daha yaxşı oyunlarımız olacaq. Topa nəzarət oyunun dönüş nöqtələrindən oldu. Rəqibin səhvlərindən yaxşı yararlandıq”.

Həmin kateqoriyadan