Rəcəbova yenilən Aronyan Ermənistandan qaçır

Ermənistanın şahmatçısı Levon Aronyan ölkəsini tərk edəcək. Allsport.az xəbər verir ki, bu barədə məlumatı 39 yaşlı qrossmeyster sosial hesabında paylaşıb.

O, qərarının hazırkı hökumətin verdiyi vədləri yerinə yetirməməsi ilə bağlı olduğunu yazıb. Dəfələrlə maraqlı təkliflər aldığını deyən şahmatçı ABŞ-a köçəcəyini və bu ölkəni təmsil edəcəyini vurğulayıb.

Aronyan Ermənistanı ikinci dəfə tərk edir. O, daha əvvəl – 2003-cü ilin sentyabrından 2004-cü ilin mayınadək Almaniyanın bayrağı altında çıxış edib.

Həmin kateqoriyadan