“Aronyanın Ermənistandan gedişində müharibədəki məğlubiyyətin də rolu var”

Şəhriyar Məmmədyarov feysbukda beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda Ermənistan təmsilçisi Levon Aronyanın vətənini tərk etməsi barədə danışıb. Allsport.az xəbər verir ki, qrossmeysterimiz Aronyanın qərarında ölkəsinin 44 günlük müharibədə Azərbaycana məğlubiyyətinin də rol oynadığını bildirib:

“Mən peşəkar idmançı kimi Aronyanı başa düşürəm. Dünya çempionu olmağı arzulayır. Ermənistanda istədiyi dəstəyi almadığı üçün ABŞ-a gedir. Ermənilər çox məyus olublar. Aronyanın getməyində bunun da səbəbi var. Əslində, bu addımın bizim üçün heç bir ziyanı yoxdur. Əksinə, Ermənistan şahmatda çox zəifləyəcək”.

Levon Aronyan Ermənistanda şahmata istənilən səviyyədə dövlət qayğısı göstərilmədiyi üçün ABŞ-a köçməyə qərar verib.

Həmin kateqoriyadan