AŞF rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov, 1-ci vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova, şahmat üzrə milli komandanın üzvləri – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, hakim və məşqçi kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Allsport.az saytı xəbər verir ki, federasiya rəsmiləri və şahmatçılar daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini də ehtiramla anıb, məzarı üstünə güllər düzüblər.

Həmin kateqoriyadan