Atletika assosasiyasının yeni prezidenti təyin olunub

Allsport.az xəbər verir ki, Belqradda keçirilən 28-ci Avropa atletika assosasiyasının seçki-hesabat konfransında Dobromir Karamarinov növbəti 4 il müddətinə (2023-2027-ci illər dövrü) AAS-nin prezidenti seçilmişdir.

Həmçinin, Böyük Britaniyadan Çerri Aleksandr, Fransadan Jin Qrasia və İsveçdən Karin Qrut Movin yeni vitse-prezidentlər olaraq seçilmişdir.
İcraiyyə Komitəsinin yeni seçilmiş digər üzvləri isə Slobodan Brankoviç, Frank Karreras, Raul Çapado, Anna Farset, Marton Qyulayi, Tia Hellebaut, Anna Kirnova, Yurgen Kessinq, Stefano Mei
, Qvantsa Mikeladze, Antti Filakovski, Erik Teiqamagi Aleksandra Voyneska-Zikova olmuşdur.

Həmin kateqoriyadan