Atletika federasiyası başa çatan ili müzakirə etdi

Atletika federasiyası ilin yekunu ilə bağlı tədbir keçirib. Allsport.az xəbər verir ki, qurumun prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək yola saldığımız ilin atletlərimiz üçün uğurlu olduğunu vurğulayıb. O, gələn il qarşıda daha böyük hədəflərin durduğunu vurğulayaraq, idmançılara uğurlar arzulayıb.

Federasiyanın baş katibi Məhərrəm Sultanzadə hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, bu il atletlərimiz 28 beynəlxalq yarışda mübarizə aparıblar. Bunlardan 7-si qış, 21-i isə yay idman növləri üzrə olub. Həmin yarışlarda atletlərimiz 4 qızıl, 9 gümüş və 9 bürünc medal qazanıblar. Atletlərimizdən Nazim Babayev Qlazqoda keçirilən qış Avropa çempionatının və İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub. O, 23 yaşadək idmançılar arasında Avropa çempionatında gümüş medal qazanıb. Anna Skidan və Aleksis Kopello isə Dohada keçirilən dünya çempionatının final mərhələsinə vəsiqə qazanaraq yarışı yeddinci pillədə başa vurublar.

“İlin ən yaxşı idmançısı” nominasiyasında Anna Skidan (çəkicatma) və Nazim Babayev (üç təkanla tullanma) təltif ediliblər. Ziyad Xəlfəyev “Ən yaxşı məşqçi”, Kənan Məhərrəmov “İlin hakimi” və Rüstəm Məmmədov isə “İlin gənc idmançısı” adlarına layiq görülüblər.

Həmin kateqoriyadan