Atletika üzrə 93-cü ölkə çempionatı

2-3 iyunda dövlət bədən tərbiyəsi və idman akademiyasının stadionunda atletika üzrə 93-cü ölkə çempionatı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışda nizə atma, hündürlüyə tullanma, uzunluğa tullanma, 3-təkanla tullanma, lövhə atma, nüvə itələmə, 100 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr və 3000 metr məsafəyə qaçış növləri üzrə mübarizə olacaq.

Milli olimpiya komitəsinin 30 illik yubileyinə həsr olunan rəqabətdə 120-dən çox idmançının iştirakı nəzərdə tutulub.

Həmin kateqoriyadan