Dadaşdan 3 dəst medal

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ağırlıqqaldırma dünya çempionatı başa çatmaq üzrədir.

Allsport.az xəbər verir ki, yay olimpiya oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Körpücük üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində çıxış edib.

Birdənqaldırmada 180 kq-ı ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb.

Dadaş təkanlaqaldırmada 223 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.

Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.

Həmin kateqoriyadan