- Baxış sayı: 49
- 24 Sentyabr 2026 23:23
- Baxış sayı: 152
- Sentyabr 24, 2026
- 0

Formula-1 Azərbaycan qran prisinin 10-cu yubiley yarışı çərçivəsində autizmli gənclər üçün xüsusi paddok turu təşkil olunub.
Allsport.az xəbər verir ki, sosial inklüzivlik təşəbbüsü çərçivəsində gənclər Formula-1 yarış həftəsinin pərdəarxası ilə tanış olmaq və Paddokun atmosferini yaxından yaşamaq imkanı əldə ediblər.
Ziyarət zamanı gənclər Formula-1 komandalarının fəaliyyət göstərdiyi ərazilərə baş çəkib, yarış həftəsinin hazırlıq prosesini izləyib və komandaların qran prinin əsas gününə hazırlıqlarını yerindəcə görüb.
“Birgə və sağlam” ictimai birliyinin koordinatoru: “Bu gözəl fürsət üçün Bakı şəhər halqası əməliyyat şirkətinə təşəkkür edirik. Gənclərin Formula-1 yarışını yaxından görməsi, paddokda vaxt keçirməsi və bu xüsusi atmosferi yaşaması onlar üçün çox maraqlı və yaddaqalan oldu. Belə imkanların yaradılması bizim üçün çox dəyərlidir”.
Təşəbbüs Formula-1-in sosial məsuliyyət proqramları çərçivəsində həyata keçirilən ənənəvi fəaliyyətlər sırasındadır.