Avarçəkənlərimiz Avropa birinciliyində mübarizəyə başlayır

Bu gün Bolqarıstanın Plovdiv şəhərində yeniyeymələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında Avropa çempionatına start veriləcək. Allsport.az xəbər verir ki, 4 gün davam edəcək reqatada Azərbaycanı 23 yaşadək idmançıların mübarizəsində yığmanın 3 üzvü təmsil edəcək.

Kanoeçilərin mübarizəsində Aleksey Kupin 1-nəfərlik qayıqla 1000 metr və 500 metr məsafələrə yürüş edəcək. O, elə ilk yarış günündə start xəttinə çıxacaq. Nikita Sablin isə iyulun 16-da 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşlərə qatılacaq.

Nəhayət, yeganə kayakçı Tamerlan Mustafayev 1-nəfərlik qayıqla 500 metr və 200 metr məsafələri qət edəcək. O, müvafiq olaraq, iyulun 14-də və 16-da bu məsafələrə yürüşə başlayacaq.

Həmin kateqoriyadan