AVİF-də qadağan edilmiş siyahı-2022 haqqında seminar

Milli antidopinq agentliyinin təhsil şöbəsinin əməkdaşları Azərbaycan velosiped idmanı federasiyasında qadağan edilmiş siyahı-2022 haqqında seminar keçirib. Allsport.az saytı xəbər verir ki, məşğələ zamanı idmançılara yanvarın 1-dən etibarən qüvvəyə minəcək dəyişikliklər haqqında ətraflı məlumat verilib.

AMADA əməkdaşları xüsusilə qadağan edilmiş siyahının neçə hissədən ibarət olduğu, burada yarış müddətində, yarışdan kənar müddətdə və spesifik idman növlərində qadağan edilmiş maddələrin təsnifatını açıqlayan təqdimatla çıxış ediblər.

Təqdimatda dərman vasitəsinin tərkibində maddəni qadağan olunmuş siyahıda necə yoxlaya biləcəyi nümunələrlə ətraflı izahlandırılıb. Çıxışlar zamanı idmançının bədənində aşkar edilə biləcək qadağan edilmiş maddəyə görə, onu ciddi məsuliyyət daşıdığı bir daha vurğulanıb.

Həmin kateqoriyadan