- Baxış sayı: 35
- 02 Noyabr 2026 17:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İngiltərə polisi Avro-2020-nin finalında “Uembli” stadionunda İtaliya ilə oyundan sonra baş verən hadisələri araşdırmaqda davam edir. Allsport.az saytı xəbər verir ki, sosial şəbəkələrdə irqçi ifadələrə yol verən şəxslər bir-bir müəyyənləşdirilir.
Yerli orqanlar yarımmüdafiəçilər Bukayo Sako, Ceydon Sanço və hücumçu Markus Reşfordun ünvanına irqçi təhqirlər yazanlardan 11-ni artıq aşkara çıxararaq, həbs edib. Gənc futbolçular penaltilər seriyasında zərbəni qola çevirə bilmədikləri üçün təzyiqlə üzləşiblər.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan final matçında ingilislər penaltilər seriyası ilə (2:3) məğlub olaraq, Avropa çempionluğunu əldən verib.