Avro-2020 könüllüləri üçün xüsusi gecə

Xəbər verdiyimiz kimi, Avro-2020-nin Bakıda keçiriləcək 3 oyununun (Uels – İsveçrə, Türkiyə – Uels, İsveçrə – Türkiyə) və 1/4 final qarşılaşmasının təşkilati işlərində müxtəlif sahələr və funksiyalar üzrə 2020  könüllü çalışacaq.

Allsport.az saytı xəbər verir ki, bu görüşlərdə fəaliyyət göstərəcək könüllülər üçün bu gün “Elektra Events Hall”da xüsusi gecə təşkil olunub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, Avro-2020-nin Bakı səfiri Vəli Qasımov və könüllülər proqramının səfiri Taleh Yüzbəyov iştirak ediblər.

Həmin kateqoriyadan