Avropa atletika assosiasiyasının prezidenti ilə görüş

Bolqarıstanın paytaxtı Sofiyada Avropa atletika assosiasiyasının prezidenti Dobromir Karamarinov ilə Azərbaycandan olan həmkarı Cavid Qurbanov arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı tərəflər arasındakı əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə olunub.

AAF-in etibarlı tərəfdaş olduğunu bildirən avropalı, bu əməkdaşlığın beynəlxalq qurum üçün böyük önəm kəsb etdiyini diqqətə çatdırıb. Toplantıda Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və Azərbaycan atletika federasiyasının baş katibi Məhərrəm Sultanzadə də iştirak edib.

Həmin kateqoriyadan