Avropa çempionatdan 5 medal

Allsport.az xəbər verir ki, Albaniyada keçirilən məktəblilərin Avropa çempionatı sona çatıb.

25 ölkədən 208 şahmatçının iştirak etdiyi qitə birinciliyində Azərbaycan təmsilçiləri 5 medal qazanıb.

Məktəbli şahmatçılarımız 2 qızıl, 2 gümüş və 1 bürünc medala layiq görülüb. Bununla komandamız medal sıralamasında 3-cü yeri tutub.
17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Aqil İsrailov və 9 yaşadək oğlanların yarışında mübarizə aparan Yasin Əzimov çempionatın qızıl medalına sahib çıxıb.

13 yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli isə oğlanların yarışında gümüş medal qazanıb. 15 yaşadək qızlar kateqoriyasında çıxış edən Nurtən Nuriyeva bürünc medalla mükafatlandırılıb.

Həmin kateqoriyadan