Avropa çempionatı başlayır

Bu gün Azərbaycan komandaları Sloveniyanın Çatej şəhərində Avropa çempionatında mübarizəyə başlayacaq.

Allsport.az xəbər verir ki, kişilərdən ibarət komandanın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abbasov, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva çıxış edəcək

Güclü cinsin nümayəndələri ilk turda İtaliya ilə, xanımlar Türkiyə ilə üz-üzə gələcəklər. Kapitanlar müvafiq olaraq Eltac Səfərli və Fikrət Sideifzadədir.

Kişilərdə 39, qadınlarda isə 31 yığma medallar üçün mübarizə aparacaq. İsveçrə sistemi ilə keçiriləcək çempionatda 9 tur oynanılacaq.

İştirakçılar arasında kişi millimiz 2717 xalla reytinqdə 2-ci, zəriflər 2383 xalla 5-ci pillədədir.

Qitə çempionatı noyabrın 21-də başa çatacaq. Kişilərdən ibarət Azərbaycan yığması 3-qat Avropa çempionudur. 1-cilərdə 38, xanımlarda isə 30 yığma medallar üçün mübarizə aparacaqlar. İsveçrə sistemi ilə keçiriləcək çempionatda 9 tur oynanılacaq.

Həmin kateqoriyadan