Qitə çempionatına 2-ci heyətlə

Martın 3-də Serbiyanın Vrnyaçka Banya şəhərində kişilərin şəxsi Avropa çempionatına start veriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 19 şahmatçı təmsil edəcək. Bunlar Nicat Abbasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Read Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.

Ümumilikdə şəxsi Avropa çempionatında 40 ölkədən 500-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir. Çempionat martın 13-də başa çatacaq. Açıq xarakterli şəxsi Avropa çempionatında qadın şahmatçıların da iştirakına icazə verilir.

Həmin kateqoriyadan