Avropa çempionatında 2 şahmatçımız dünya kubokuna vəsiqə qazandı

Bu gün İslandiya paytaxtı Reykyavikdə kişilərin Avropa çempionatı sona çatıb. Allsport.az saytı xəbər verir ki, 11 turun yekununda Rauf Məmmədov (2654) 7,5 xalla 6-cı yer tutub. O, son partiyada rusiyalı Aleksey Sarana (2643) ilə xalı yarı bölüb.

Eyni nəticə göstərən, əmsalda komanda yoldaşı və digərlərindən geri qalan Nicat Məmmədov (2595) 17-ci olub.

Nicat Abbasov (2656) 6,5 xalla 42-ci, Aydın Süleymanlı (2536) 6 xalla 67-ci, Riad Səmədov (2360) 5,5 xalla 91-ci yer tutublar.

İlk 23 pilləni tutanlar gələnilki dünya kubokuna vəsiqə qazanıblar.

Həmin kateqoriyadan