“Avropa çempionatında qazanılan nəticə böyük uğurdu”

Allsport.az xəbər verir ki, Azərbaycan şahmat federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov, Montenoqrada komandalararası Avropa çempionatında gümüş medal qazanan yığmamızın qarşılanma mərasimində açıqlama verib:

“Avropa çempionatında qazanılan nəticə böyük uğurdur. Qızlar ümumilikdə 15 xal toplamaqla yüksək göstərici əldə etdilər. Hətta kişi şahmatçılardan ibarət komandamız Avropa çempionu olan illərdə 15 xaldan az toplayıb.

Son turda çempionluğun taleyini Gürcüstan və Bolqarıstan komandaları həll edirdi. Qızlar son turda qələbə qazanmaqla gümüş medala layiq görüldü. Qitə çempionatında ikinci yer gələcəkdə komandanın daha böyük uğurlar əldə edəcəyinə ümid etməyə imkan verir”.

Həmin kateqoriyadan