Avropa gənclər olimpiya festivalında ölkəmizi təmsil edəcək velosipedçilər

Avropa gənclər olimpiya festivalında velosiped üzrə yığma komandalarımızın heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, qızların mübarizəsində Lalə Əbdürrəhmanova, Gülşən İsmayılova (hər ikisi – 7 saylı olimpiya məktəbi), Məleykə İsgəndərova (respublika olimpiya velosiped məktəbi) çıxış edəcəklər. Oğlanlarda Nikita Sıtov (respublika olimpiya velosiped məktəbi), Mustafa Muxtarlı (7 saylı olimpiya məktəbi), Nofəl Nuriyev (“Neftçi İdman Klubu” İctimai Birliyi) güclərini sınayacaqlar.

Seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötüşməsinin (ilk 3 yer), həmçinin Festivala hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışının və yoxlama yarışlarının nəticələri əsas götürülüb.

Festivalın proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə yarışlar keçiriləcək.

Həmin kateqoriyadan