Avropa kubokunda 2 komandamız

Şahmat klublarının onlayn Avropa kubokunda ölkəmizi 2 komanda təmsil edəcək. Allsport.az xəbər verir ki, yarışa qatılacaq “Odlar yurdu” komandasının heyətində Şəhriyar Məmmədyarov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov yer alıblar.

Yarışda iştirak edəcək daha bir kollektivimiz – “Vüqar Həşimov” komandasının heyətində isə Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov mübarizə aparacaqlar.

Şahmatçılar martın 27-28-də təsnifat mərhələsində, ertəsi gün pley-offda, ayın 30-31-də isə final oyunlarında mübarizə aparacaqlar.

Həmin kateqoriyadan