- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 169
- May 08, 2026
- 0
Noyabrın 10-da Monteneqroda start götürəcək klublararası Avropa kuboku turnirində Azərbaycanı “Vüqar Həşimov” və “Odlar yurdu” komandaları təmsil edəcək.
Allsport.az xəbər verir ki, “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvü Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa yer alıblar. “Odlar Yurdu”nun heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparacaqlar.
Noyabrın 10-dan 16-dək keçiriləcək turnir 7 turdan ibarət olacaq.