Avropa kubokunda “Odlar yurdu” və “Vüqar Həşimov”

Avropa şahmat ittifaqının təşkilatçılığı ilə 2-9 oktyabrda Avstriyanın Mayrhofen şəhərində Avropa klub kuboku uğrunda çempionat keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda Azərbaycan 2 komanda təmsil olunacaq.

37-ci dəfə təşkil edilən kişilərin yarışında ölkəmizin adından “Vüqar Həşimov” komandası yarışacaq. Komandanın heyətində 3-qat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, beynəlxalq ustalar Əhməd Əhmədzadə, Ülvü Sadıqov, Xəzər BabazadəAnar Allahverdiyev çıxış edəcəklər. Adı son çəkilən həm də komandanın kapitanı olacaq.

26-cı dəfə təşkil edilən qadınların yarışında “Odlar yurdu” komandası mübarizə aparacaq. Beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovun kapitanı olduğu klubda şəxsi Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə, qitə çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva, beynəlxalq usta Gülnar Məmmədova, qadınlar arasında beynəlxalq qrossmeysterlər Xanım BalacayevaGövhər Beydullayeva mübarizə aparacaqlar.

Turnir 7 turdan ibarət olacaq. İlk turun oyunları oktyabrın 3-də keçiriləcək.

Həmin kateqoriyadan