- Baxış sayı: 52
- 15 İyun 2025 16:41
- Baxış sayı: 54
- İyun 20, 2025
- 0
Bu gün Bakıda bədii gimnastika üzrə Avropa kubokunun açılışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Milli gimnastika arenasında iştirakçı ölkələrin bayraqları zala gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək iştirakçı ölkələrin idmançılarına uğurlar arzulayıb. Dövlət Himni səsləndirilib. Tədbir bədii hissə ilə davam edib.
Ölkəmizi fərdi yarışlarda böyüklərdə Gövhər İbrahimova ilə Kamilla Seyidzadə, gənclərdə isə Şəms Ağahüseynova və Azadə Ağakişiyeva təmsil edəcəklər. Qrup hərəkətləri üzrə həm böyüklər, həm də gənclər komanda yarışında mübarizə aparacaqlar.
Avropa kubokunda 25 ölkədən 175 gimnast medal uğrunda öz qüvvələrini sınayacaq.