Avropa oyunlarında iştirak edəcək atletlərin heyəti

Allsport.az xəbər verir ki, Polşada keçiriləcək 3-cü Avropa oyunlarında iştirak edəcək atletika üzrə Azərbaycan milli komandasının heyəti məüəyyən edilib.

Nazim Babayev, Fəxriyyə Tağızadə – Uzunluğa tullanma
Aleksis Kopello, Yekaterina Sarıyeva – Üçtəkanla tullanma
Anna Skidan – Çəkic atma
İsmayıl Əliyev – Nüvə itələmə/ lövhə atma
Əlhəm Nağıyev -100 m /200 m /4×100 m/ 4×400 m
Lamiyə Vəliyeva – 100 m /200 m /400 m
İlahə Quliyeva – 100 m /200 m /400 m
Cavid Məmmədov – 400m /400 m sədlərlə qaçış /4x400m
Elman Abışov – 5000 m /1500 m /800m
Anna Yusupova – 5000 m /1500 m /800m
Aleksey Əliəkbərov, Əli Abdiyev – 4×100 m estafet
Qadir Qurbanov – 4×100 m estafet

Avropa oyunlarında atletika yarışları iyunun 20-dən 25-ə kimi keçiriləcək. Ümumilikdə 37 dəst medal sahiblərini tapacaq.

Həmin kateqoriyadan