- Baxış sayı: 44
- 22 May 2023 10:45
- Baxış sayı: 70
- May 28, 2023
- 0
Polşanın ev sahibliyi edəcəyi 3-cü Avropa oyunları çərçivəsində şahmat yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Avropa şahmat ittifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.
Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq şahmat federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək. Azərbaycanla yanaşı daha 7 ölkə yarışda iştirakçı olacaq.
Reqlamentə görə, komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.