Avropa Oyunlarının güləş üzrə test yarışı başladı

Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb. Allsport.az xəbər verir ki, bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.

İlk yarış günündə yeniyetmələr arasında sərbəst güləş üzrə 92 pəhləvan mübarizə aparır.

Yarış İdman Azərbaycan kanalından canlı yayımlanır. Final görüşləri Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Həmin kateqoriyadan