FOTO
Avropa Oyunlarının güləş yarışlarına hazırlıq işləri müzakirə olunub

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak etmək üçün Bakıda səfərdədir. Allsport.az saytı xəbər verir ki, bu gün onun iştirakı ilə AGF, Bakı-2015-in Əməliyyat Komitəsi və AOK-un nümayəndələri arasında görüş keçirilib.

Toplantıda 1-ci Avropa Oyunlarının güləş yarışlarına hazırlıq məsələləri müzakirə olunub. Tədbirdə iştirak edən AGF-in 1-ci vitse-prezidenti, Namiq Əliyev, baş katib Əjdər Cəfərov, Yunanıstan MOK-un rəhbəri, AOK-un idman baş məsləhətçisi Makis Asimakopoulos, 1-ci Avropa Oyunlarının koordinasiya komissiyasının sədri Spiros Kapralos və Əməliyyat Komitəsinin idman direktoru Pirs Okallahan güləş yarışlarına hazırlıq işləri barədə məlumatlandırılıblar.

Bakı-2015-in Əməliyyat Komitəsinin güləş yarışları üzrə meneceri Ramil Əhmədov Heydər Əliyev adına İdman və Konsert kompleksinin təmirdən sonrakı vəziyyəti, tribunaları, məşq zalları, güləşçilər üçün yaradılacaq şərait, yerləşdirmə, nəqliyyat, qidalanma və digər məsələlər barədə təqdimat edib. Görüş iştirakçıları hazırlıq işlərini yüksək qiymətləndirib, Avropa Oyunlarında güləş yarışlarının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə ediblər.

Eyni zamanda qeyd olunub ki, 2015-ci il aprelin 16-dan 19-a kimi Bakıda AGF kuboku uğrunda növbəti beynəlxalq turniri keçiriləcək. Bu yarış Bakı-2015-ə test xarakteri daşıyacaq. Görüşdən sonra DGB-in prezidenti Nenad Laloviç fikirlərini KİV-lə bölüşüb:

“Görülən işlərdən razı qaldım. Bakının Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə şübhəmiz yoxdur. Gələn il Avropa çempionatını keçirməmək qərarına gəlmişik. Həmin yarışları məhz Avropa Oyunları əvəz edəcək. Biz də öz növbəmizdə Avropa Oyunlarının keçirilməsi üçün əlimizdən gələni etməyə hazırıq”.
IMG_4251-12159-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4271-12154-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4272-12160-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4288-12155-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4294-12156-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4298-12153-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4302-12157-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4321-12158-920-485-100-wm-right_bottom-100-imageswmpng

Həmin kateqoriyadan