“Avstriya və İsveç kimi güclü rəqiblərə uduzmuşuq”

Allsport.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi oktyabrın 13-ü səfərdə Estoniya yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında danışıb:

“Bu il 13 matç keçirmişik. 6 qələbə qazanmışıq. Avstriya və İsveç kimi güclü rəqiblərə uduzmuşuq. Həmin qarşılaşmalarda böyükhesablı məğlubiyyət bizim üçün dərs oldu. Sabah ilk oyunun ikinci hissəsindəki kimi oynamalıyıq. Heç bir baş məşqçi oyundan əvvəl uduzmaq və heç-heçə etmək istədiyini demir”.

Həmin kateqoriyadan