Ayan Allahverdiyeva dünya ikincisi oldu

Ayan Allahverdiyeva dünya ikincisi oldu

Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb.

Allsport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva 11-ci turda Özbəkistan təmsilçisi Əfruzə Həmdəmova ilə heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına layiq görülüb.

Mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Həmin kateqoriyadan