Ayan Allahverdiyeva ölkə çempionu olub

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.

Allsport.az xəbər verir ki, 7 turdan 5,5 xal toplayan Ayan Allahverdiyeva karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

Ölkə çempionundan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.

Hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurub.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Mükafat fondu ilk “beşlik”də yer alan şahmatçılar arasında bölünüb. Qalib şahmatçı 6 min manat əldə edib.

Çempionatda ilk iki yeri tutan şahmatçılar Ayan Allahverdiyeva ilə Nərmin Abdinova şəxsi Avropa çempionatına yollanacaq.

Həmin kateqoriyadan