Aydın liderliyini qələbə ilə qorudu

Monteneqronun Nikşiç şəhərində davam edən şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Aydın Süleymanlı Türkiyə təmsilçisi Vahap Sanal ilə mübarizədən qalib ayrılıb.

Təmsilçimiz 6 xalla turnir cədvəlinin vahid lideridir.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.

Həmin kateqoriyadan