Aydın Süleymanlı qızıl, Əhməd Əhmədzadə gümüş medal qazandı

Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandası Olimpiadanın qalibi olub. Allsport.az xəbər verir ki, Aydın Süleymanlı fərdi nəticələrə görə ikinci lövhədə ən çox xal toplamaqla qızıl, Əhməd Əhmədzadə isə üçüncü lövhədə gümüş medala layiq görülüb.

Şahmatçılarımız yarışın təntənəli bağlanış mərasiminə milli geyimdə qatılıblar. Komanda üzvlərinə və baş məşqçi Fərid Abbasova qızıl medal və çempion üçün hazırlanan kubok təqdim olunub.

Həmin kateqoriyadan