Aydın Süleymanlı rapiddə 1-ci oldu

Qəbələdə şahmat üzrə “Vüqar Həşimov xatirəsi-2023” superturnirinin üçüncü günündə növbəti matçlar keçirilib.

Allsport.az xəbər verir ki, yarışın reqlamentinə görə, rapid və blits turnirlərində toplanan xallar nəticəsində qalib müəyyənləşəcək.

Bu gün keçirilən 3 partiyada Aydın Süleymanlı daha yaxşı nəticə göstərib. O, 3 görüşün ikisində qələbə qazanıb və birində məğlub olub. Onun IX turda Arjun Eriqaisini məğlub etməsi həlledici olub. Bu, qələbə Aydına rapid turnirini 1-ci bitirmək şansı yaradıb.

9 turdan sonra Aydın Süleymanlı 11 xal toplayıb. Onu 10 xalla Arjun Eriqaisi, Vidit Santoş və Yorden Van Forest izləyiblər. Nicat Abbasov, Rauf Məmmədov 9, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Boris Gelfand 8, Riçard Rapport isə 7 xal qazanıb. 

Həmin kateqoriyadan