- Baxış sayı: 45
- 10 İyul 2026 23:01
- Baxış sayı: 106
- İyul 10, 2026
- 0

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Azərbaycan və Moldova milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. Allsport.az xəbər verir ki, bu qarşılaşmanı Gürcüstandan olan hakimlər idarə edəcəklər.
Belə ki, baş hakim Laşa Silaqava olacaq. Ona həmyerliləri Zaza Pipiya və David Çiqoqidze kömək edəcək. Dördüncü hakim funksiyasını isə Azərbaycandan olan Rauf Cabbarov yerinə yetirəcək.