Azərbaycan çempionatına start verildi

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına start verilib.

Allsport.az xəbər verir ki, yarış Bakı şahmat klubunda təşkil olunub.

Mübarizəyə ilk olaraq kişi şahmatçılar başlayıblar. Onlar bu gün və sabah rapid, noyabrın 26-da isə blits üzrə mükafatçıları müəyyənləşdirəcəklər. Noyabrın 27-29-u aralığında isə qadın şahmatçılar medalçıların adına aydınlıq gətirəcəklər.

Həmin kateqoriyadan