Azərbaycan çempionatında ilk rəqiblər. Mükafat fondu 15000 manatdır

Azərbaycan çempionatında ilk rəqiblər. Mükafat fondu 15000 manatdır

Qadınların Azərbaycan çempionatında püşk atılıb. Allsport.az saytı xəbər verir ki, 11 şahmatçının iştirak etdiyi ilk turda Ləman Hacıyeva – Türkan Məmmədyarova, Ayan Allahverdiyeva – Xəyalə Abdulla, Zeynəb Məmmədyarova – Gülnar Məmmədova, Xanım Balacayeva – Gövhər Beydullayeva, Səbinə İbrahimova -Nərmin Abdinova qarşılaşacaqlar. Nurtan Nuriyeva ilk turda istirahət edəcək.

Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387). 11 turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. 1-ci turun oyunları fevralın 4-də saat 14:30-da başlayacaq. Yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5000 manat qazanacaq.

Həmin kateqoriyadan