Azərbaycan futnet federasiyası rəsmiləri Braziliyada məşhur dünya çempionunun evində qonaq olublar

Braziliyalı senator, 1994-cü ildə dünya çempionu olan Romario de Souza Faria, Azərbaycan futnet federasiyasının rəsmilərini Rio de Janeyroda, öz evində qəbul edib. Allsport.az saytı xəbər verir ki, vaxtilə dünyanın ən yaxşı futbolçusu seçilmiş Romario ilə görüş zamanı ona beynəlxalq futvole federasiyasının prezidenti Vüsal Xəlilov tərəfindən Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr, üstəlik “11” nömrəli köynək təqdim edilib.

Həmyerlimiz 2 ölkə arasında dostluq əlaqələrindən bəhs edərək, Romarionun ölkəmizdə futbolsevərlər tərəfindən çox sevildiyini söyləyib. Federasiya prezidenti futvolenin təbliği istiqamətində önəmli addımlar atan və böyük rola malik olan braziliyalı sabiq futbolçu ilə gələcək əməkdaşlıqla bağlı mühüm məsələləri də müzakirə edib.

Həmin kateqoriyadan