Azərbaycan komandası Əziz Əliyevin xatirə turnirinin qalibi oldu

Dağıstan Respublikasının paytaxtı Mahacqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə uşaq şahmatçılar arasında komanda turnirinə yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan çempionu, yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman təmsil edib.

Yekun nəticədə Azərbaycan komandası yarışın qalibi olub. Şahmatçılarımız fərdi nəticələrə görə də mükafat qazanıb. Atilla Orman üçüncü, Nərmin Abdinova isə dördüncü lövhədə birinci yeri tutub. Birinci və ikinci lövhədə çıxış edən Xaqan Əhməd ilə Şəmsi Qəhrəmanov gümüş medal qazanıb.

Həmin kateqoriyadan