Azərbaycan komandası Türkiyəyə qalib gəldi

Azərbaycan və Türkiyə şahmatçıları arasında onlayn matç baş tutub. Allsport.az xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin və SOCAR-Türkiyənin dəstəyi ilə keçirilən yarışda hər 2 tərəfi şahmatçılarımız təmsil edib.

Millimizdə Rauf Məmmədov, Vasif Durarbəyli, Azər Mirzəyev, Ürfan Sevdimalıyev, Səbinə İbrahimovaZaur Süleymanov, Türkiyə komandasında isə Vüqar Rəsulov, Misrəddin İsgəndərov, Cəmil Ağamalıyev, Zaur Məmmədov, Nərmin Məmmədova və ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim yer alıb. 12 turluq qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə başa çatıb – 38,5:33,5.

Həmin kateqoriyadan