- Baxış sayı: 33
- 26 Aprel 2024 16:45
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Gənclər və idman nazirliyi ilə şahmat federasiyasının birgə təşkilatçılığı ilə karantin dövründə şahmatçıların oyun praktikasının qorunması üçün onlaynt turnir keçirilib. Allsport.az xəbər verir ki, Chess24.com portalı üzərindən keçirilən superblitsdə 100-dən çox şahmatçı iştirak edib.
İsveçrə sistemi üzrə baş tutan turnir 17 turdan ibarət olub. Yarışda ilk sıranı Eltac Səfərli tutub. Rauf Məmmədov və Qədir Hüseynov 2-3-cü yerləri bölüşüblər. Nicat Abbasov 4-cü, Aydın Süleymanlı 5-ci olub.
Qadınların yarışında ən yaxşı nəticə göstərən 6 şahmatçı – Gövhər Beydullayeva, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xəyalə Abdulla, Səbinə İbrahimova və Nərmin Xələfova pul mükafatı qazanıblar.
Yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edib. Qalib 3000 manata yiyələnib.